AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNİN AKADEMİYASI

"Azərbaycan Respublikasının 2023-cü il üçün Mülki müdafiə tədbirləri planı" çərçivəsində 31 may - 2 iyun 2023-cü il tarixlərində Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəhbərliyi ilə Qəbələ rayonunda "İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili"... 02 iyun 2023-cü il


FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin bir qrup hərbi qulluqçusu Türkiyə Respublikasında Jandarma Baş Komandanlığının Jandarma Logistika, Texniki və Köməkçi Şöbələr Təhsil Mərkəzi tərəfindən təşkil edilən kurslarda iştirak ediblər. 02 iyun 2023-cü il


Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində Belarus Respublikasının Arxitektura və Tikinti Nazirliyinin “Qlavqosstroyekspertiza” Respublika Unitar Müəssisəsinin (РУП “Главгосстройэкспертиза”) direktoru Viktor Petruşanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. 02 iyun 2023-cü il


Bərdə rayonunun Mirzəxan Qaraqoyunlu kəndində ümumi  sahəsi 108 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılan 300 kiloqram ot bağlaması yanıb...


Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub...


Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonunun Xırdalan şəhərində 1 nəfər azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub...

Ümumi məlumat




Fəaliyyət istiqamətləri

Xidmətin fəaliyyəti haqqında


Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyası Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 2 iyun tarixli 2850 nömrəli Sərəncamına əsasən yaradılmışdır və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üçün xüsusi ixtisaslı ali təhsilli kadrların hazırlanmasını, əməkdaşların əlavə təhsilini, fövqəladə hallar sahəsində fundamental və tətbiqi elmi tədqiqatları aparan ali təhsil müəssisəsidir.

 

Təhlükəsizlik

Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi və yanğın təhlükəsizliyi mühəndisliyi ixtisasları üzrə kadrların hazırlanması;

Təhsil

Nazirliyin fəaliyyət istiqamətləri üzrə sahələrdə kadrların əlavə təhsilinin həyata keçirilməsi;

Elmi-tədqiqatlar

fövqəladə hallar sahəsində elmi-tədqiqatların aparılması, metodiki işin təşkili və təkmilləşdirilməsi;

Rəhbərlik haqqında məlumat


Baba Hacı-Baba oğlu Salayev

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi, general-mayor.

01.01.1970-ci ildə Sumqayıt şəhərində anadan olub.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib.
Ailəlidir. 2 övladı var.

Bağırov Qəzənfər Nofəl oğlu

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisinin birinci müavini, polkovnik-leytenant.

24.03.1984 – ci ildə Şəmkir şəhərində anadan olub.
Bakı Dövlət Universitetini və Azərbaycan Dövlət Bədən Tərbiyə və İdman Akademiyasını bitirib.
Ailəlidir. 4 övladı var.

Hüseynov Aslan Rəhman oğlu

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisinin müavini, polkovnik.

02.01.1966 – ci ildə Kürdəmir rayonunda anadan olub.
1984-1988 Sumferopol Ali Hərbi inşaat-siyasi məktəbi
1994-1995 Türkiyə Ali Hərbi Komandirlər məktəbi
Ailəlidir. 3 övladı var.

Kazımov Kazım Tahir oğlu

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisinin müavini, polkovnik.

22.08.1982-ci ildə Bakı şəhərində anadan olub.
2008 Ukrayna Mülki Müdafiə Universitetini bitirib.
Ailəlidir, 3 övladı var.