Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Elmi-Texniki Şurası əhalinin və ərazinin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması, yanğından mühafizə, sənaye və radiasiya təhlükəsizliyi, mülki müdafiə sahəsinin tənzimlənməsi məsələləri üzrə kollegial ekspert məsləhətçi orqandır. Şuranın tərkibi sədrdən, sədr müavinindən, elmi katibdən və Şuranın üzvlərindən ibarətdir. Şuraya fövqəladə hallar naziri tərəfindən müəyyən edilən nazir müavini sədrlik edir. Şuranın tərkibi fövqəladə hallar nazirinin əmri ilə təsdiq olunur. Şuranın üzvləri Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləridir. Şuranın tərkibinə digər mütəxəssislər də cəlb oluna bilər. |
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Elmi-Texniki Şurasının tərkibi: |
Elmi-Texniki Şuranın sədri: | |
Faiq Tağı-zadə | Nazir müavini tibb elmləri namizədi |
Şuranın sədr müavini: | |
Vidadi Məmmədov | Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarənin rəisi |
Şuranın elmi katibi: | |
Nəcibə Əfəndiyeva | Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarənin, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə idarəsinin layihələrin idarə edilməsi şöbəsinin müdiri, kimya elmləri namizədi |
Şuranın üzvləri: | |
Etibar Hüseynov | Baş hərbi ekspert, tarix elmləri namizədi |
Yusif Nəbiyev | Baş yanğın təhlükəsizliyi eksperti, hüquq elmləri üzrə fəlsəfə doktoru |
Pərviz Mehdiyev |
Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik Baş idarəsinin fövqəladə halların xəbərdar edilməsi işinin təşkili idarəsinin əhalinin və ərazilərin təhlükəsizliyinin təşkili şöbəsinin müdiri, texnika elmləri namizədi |
Namiq Qayıbov |
Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarənin xilasetmə işinin təşkili idarəsinin xilasetmə işinin təşkili şöbəsinin müdir müavini, tibb elmləri namizədi |
Cabir Həsənov |
Regional mərkəzlərlə işin təşkili, layihələrin İdarə edilməsi və təhsil məsələləri üzrə Baş idarənin layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə idarənin təhsil məsələləri üzrə sektorunun müdiri, iqtisad üzrə fəlsəfə doktoru |
Eldar Əliyev |
Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin (TTNDA) Elm, texnika və smeta normaları şöbəsinin müdiri, texnika elmləri namizədi |
Azər Xanlarov |
TTNDA-nın S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun direktor müavini, texnika elmləri namizədi |
Piri Quluzadə |
Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin (SİTGDMNDA) rəis müavini, texnika elmləri namizədi |
Rüşdü Səfərov |
SİTGDMNDA-nın Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun direktoru, texnika elmləri namizədi |
Vüqar Hüseynov |
Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəisi, fizika-riyaziyyat elmləri namizədi |
Kamal Əliyev |
Tibb Xidmətinin tibb işləri üzrə xidmət rəisinin müavini, tibb elmləri namizədi |
Fikrət Aslanov |
“İzotop” xüsusi kombinatının direktoru, tibb elmləri namizədi |
Aydın Qafarov |
Nazirliyin Akademiyasının Elmi-tədqiqat şöbəsinin müdiri, texnika elmləri doktoru, professor |
İlqar Dadaşov |
Nazirliyin Akademiyasının Həyat fəaliyyətinin təhlükəsizliyi ixtisas kafedrasının müdiri, texnika elmləri namizədi |