AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞINDAN MÜHAFİZƏ XİDMƏTİ

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun xəbərdarlığına əsasən, Abşeron yarımadası, Xəzər dənizi Akvatoriyasında və respublikamızın rayonlarında gözlənilən təhlükəli hidrometeoroloji hadisə ilə əlaqədar vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrin və qəzaların vaxtında aşkarlanaraq... 16 yanvar 2019-cu il


Yanvarın 9-da saat 03 radələrində paytaxtın Yasamal rayonu, Tolstoy küçəsi, ev 40-da yanğınla müşayiət olunan partlayışın baş verməsi barədə məlumat daxil olmuşdur. 09 yanvar 2019-cu il


Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində 2019-cu il ərzində kiçikhəcmli gəmilərə texniki baxış aşağıdakı cədvələ uyğun keçiriləcəkdir: 08 yanvar 2019-cu il


Füzuli rayonunun Böyük Bəhmənli kəndində ümumi sahəsi 91 m² olan köməkçi tikilinin çardağının yanar konstruksiyaları 40 m² sahədə və çardağına yığılmış 2 ton ot bağlamasının 400 kiloqramı yanmışdır...


Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 40 m² olan köməkçi tikilinin yanar konstruksiyaları və içərisindəki əşyalar yanmışdır...


Ağstafa rayonunun Poylu kəndində bir dam altında tikilmiş 3 ailənin yaşadığı birmərtəbəli binada ümumi sahəsi 140 m² olan 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə, digər otağının qapı-pəncərə çərçivəsi 6...

Ümumi məlumat


Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005-ci il tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikasnın Fövqəladə Hallar Nazirliyi yaradılmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi həmin nazirliyin tabeliyinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş FHN-nin strukturunda isə, həmin idarə yenidən təşkil edilmiş və Dövlət Yanğından Mühafızə Xidməti yaradılmışdır.

Fəaliyyət istiqamətləri

Xidmətin fəaliyyəti haqqında


Dövlət Yanğından Mühafizə Xidməti respublika ərazisində baş vermiş yanğınların söndürülməsini və bununla bağlı təxirəsalınmaz xilasetmə işlərini (insanların, əmlakın və s.) həyata keçirən, yanğınsöndürmə texnikasına və vasitələrinə, habelə könüllü və idarədənkənar yanğından mühafizə bölmələrinin yaradılmasına dair tələbləri müəyyənləşdirən icra hakimiyyəti orqanıdır.

 

Yanğınların söndürülməsi

Yanğınların söndürülməsi və nəticələrinin aradan qaldırılması ilə bağlı təxirəsalınmaz xilasetmə işlərinin aparılmasını, müvafıq sahədə vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak etməklə bu siyasətin həyata keçirilməsini təmin etmək;

Nəticələrinin aradan qaldırılması

Yanğınların söndürülməsi və nəticələrinin aradan qaldırılması ilə bağlı təxirəsalınmaz xilasetmə işlərinin aparılması üzrə vahid dövlət sistemi çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti, o cümlədən yerli özünüidarəetmə orqanlarının fəaliyyətini əlaqələndirmək;

Normativ tənzimləmə

Xidmətin fəaliyyətinə aid edilən məsələlər üzrə normativ tənzimləməni və nəzarət funksiyasnı həyata keçirmək.

Rəhbərlik haqqında məlumat


Əsədov Füzuli Xanış oğlu

Azərbaycan Respublikası FHN Dövlət Yanğından Mühafızə Xidmətinin rəisi, daxili xidmət general-mayoru.
10.11.1961-cü ildə Ermənistan Respublikasının Sisian rayonunda anadan olub. 
Dadaş Bünyatzadə ad. Xalq Təsərrüfatı İnstitutu və Rusiyanın Moskva Gömrük Akademiyasını bitirib. 
Ailəlidir. 2 övladı var. 
Qəbul günləri:
FHN əməkdaşları üçün hər ayın I, II, III həftəsinin 2 günü (10:00-13:00) 
vətəndaşlar üçün hər ayın son həftəsinin II günü (10:00-13:00)

 

Kərimov Rasim Azad oğlu

Azərbaycan Respublikası FHN Dövlət Yanğından Mühafızə Xidmətinin rəis müavini daxili xidmət polkovniki.
02.03.1959-cu ildə İsmayıllı rayonunda anadan olub. 
SSRİ DİN Ali Mühəndislər Yanğın Texniki Məktəbini bitirib. 
Ailəlidir. 2 övladı var. 
Qəbul günləri:
həftənin V günləri (10:00-13:00) 
FHN əməkdaşları üçün hər ayın I, II, III həftəsinin 2 günü (10:00-13:00) 
vətəndaşlar üçün hər ayın son həftəsinin II günü (10:00-13:00)

 

Xudiyev Rza Xudu oğlu

Azərbaycan Respublikası FHN Dövlət Yanğından Mühafızə Xidmətinin rəis müavini daxili xidmət polkovniki.
25.12.1963-cü ildə Bakı şəhərində anadan olub. 
SSRİ DİN Ali Mühəndislər Yanğın Texniki Məktəbini bitirib. 
Ailəlidir. 2 övladı var. 
Qəbul günləri:
həftənin III günləri (10:00-13:00) 
FHN əməkdaşları üçün hər ayın I, II, III həftəsinin 2 günü (10:00-13:00) 
vətəndaşlar üçün hər ayın son həftəsinin II günü (10:00-13:00)